Bugünki müstəqil Azərbaycan məhz Ulu Öndərin adı ilə bağlıdır.
1993-cü ilin bugünü xalqımızın Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildi. 28 il bundan əvvəl keçirilən seçkilərdə xalqımız çox mühüm hadisəyə imza ataraq Ulu Öndəri prezident seçdi. Xalqımızın ağır günündə hakimiyyətə gələn Ulu Öndər ilk andan etibarən, ölkədə olan və uzun zaman davam edən siyasi hərc-mərcliyə son qoyaraq, qüdrətli Azərbaycanın əsasını qoydu. 1993-cü il oktyabrın 10-da xalqa sədaqət andı içərək ölkəmizin parçalanmasının qarşısını alaraq, böyük faciələrin baş verməsinə mane oldu. Ulu Öndər and içmə mərasimində xalqımıza üz tutaraq “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” dedi və bununla da xalqımızın ölkəmizin taleyində yeni bir səhifə açıldı. Bu səhifə xalqımızı qələbəyə aparan, tərəqqisinə nail olan, Azərbaycanın dünyanın ən qüdrətli ölkələrindən birinə çevrilməsində açılan ən böyük və yüni səhifə idi. Bugün tarixə nəzər saldıqda bir daha görürük ki, o vaxta qədər hakimiyyətdə olanların qətiyyətsiz davranışları nəticəsində ölkəmizin ərazi bütövlüyü parcalanmış, Ermənistan dövlətimizin 20 faiz torpaqlarını işğal etmiş, habelə dövlətimiz parçalanmaqla baş-başa qalmışdır.
Olduqca cətin bir dövrdə hakimiyyətə gələn Ümummilli Lider ölkəmizin parçalanmasının, eləcə də dövlət çevrilişinin qarşısını almış və Azərbaycanın güclü və müstəqil dövlətə çevrilməsində bütün addımları atmışdır. Məhz Ulu Öndərin gərgin əməyi nəticəsində ölkəmiz vətəndaş müharibəsi təhlükəsindən xilas olmuş, eləcə də Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınmaqla bərabər, bütün sahələrdə, eləcə də ordu quruculuğu istiqamətində sistemli işlər aparılmağa başlamışdır.
Xalqımız öz canı-qanı bahasına əldə etdiyi müstəqillik, təəssüf ki, Vəzirov-Mütəllibov rejimi, sonra isə Xalq Cəbhəsi-Müsavat cütlüyü nəticəsində məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdır. 1992-ci ilin oktyabrında Azərbaycanın 91 nəfər ziyalımız Heydər Əliyevə hakimiyyətə qayıdışı üçün müraciət etmişdilər. Başa düşüləndir ki, bu müraciətin əsası o idi ki, Ulu Öndərən başqa heç kəs xalqımızı bu ağır vəziyyətdən qurtara bilməzdi.
Ulu Öndər Bakıya qayıtdıqdan sonra dərhal ikinci ən böyük şəhər olan Gəncə şəhərinə yollandı və bölgədəki qiyamın qarşısını alaraq, ölkəmizin parçalanmasının qarşısının alınması istiqamətində ən böyük addımlardan birini atdı.
Ümummilli Lider Heydər Əliyevin yüksək idarəetmə bacarığı, geniş düyagörüşü, beynəlxalq münasibətləri yüksək səviyyədə təhlil etmə və adekvat addımlar atılması istiqamətində diplomatik məharəti parçalanmaqda olan ölkəni qısa müddətdə birləşdirilməsinə, eləcə də beynəlxalq müstəvidə qəbul edilməsində mütərəqqi rol oynadı. İstər ölkə daxili çətinliklərin həllində, istərsə də xarici ölkələrlə münasibətlərin qurulmasında və Azərbaycanın beynəlxalq aləmdə güclü ölkə olaraq tanınması Heydər Əliyevin gərgin əməyi ilə bağlıdır. Məhz Ulu Öndərin ölkəmizin həm beynəlxalq, ən əsası isə iqtisadiyyatımızın dirçəldilməsində müstəsna yeri olan “Əsrin müqaviləsi”nin imzalanması neft strategiyamızın əyani təcəssümüdür. Dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” sonrakı illərdə daha da genişlənmiş 1997-ci ildə neftimiz Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ilə dünya bazarına çıxmışdır.
Xarici ölkələrlə qurulan sistemli dostluq əlaqələri də ölkəmizin inkişafına böyük töhfə vermiş, dünya liderləri Ulu Öndəri hər zaman yüksək idarəedici, sərişətli rəhbər beynəlxalq münasibətlərin sabit bilisi olaraq adlandırmışdır.
Məsələn Amerika Birləşmiş Ştatlarının eks-prezidenti Corc Buş: “Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Eyni zamanda, onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır”;
Siyasət nəhəngi Heydər Əliyevin hər zaman gənclərimizi, idmançılarımız daxil olmaqla bütün vətəndaşların problemlərini diqqət mərkəzində saxlamış, onların həlli istiqamətində tapşırıqlar vermiş, eləcə də hər zaman icra vəziyyətini ön planda saxlamışdır. Hüquqi dövlətin qurulması, formalaşması üçün bütün imkanlarını səfərbər edən Ulu Öndərin gərgin əməyi nəticəsində Konstitusiyamız qəbul edilmişdir. Xalqın problemini öz problemi sayan Ümummilli Lider dövlətimiz güclənməsi və qüdrətlənməsi üçün gecə-gündüz çalışmışdır.
Məhz bu günki Azərbaycan onun adı və gərgin əməyi ilə birbaşa bağlıdır. Yalnız Azərbaycanın deyol eləcə də, türk dünyasının liderinə çevrilmiş Ulu Öndər haqqında “Mərhum Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur” qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan demişdir.
Bugün Ümummilli Liderin ideyaları, əsasını qoyduğu bütün sahələr məhz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla aparılır, bütün sahələrdə ölkəmiz tərəqqiyə nail olur.
Xalqımız da öz növbəsində öz xilaskarını heç zaman unutmur, Üummilli Liderin əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır.
Adil Əliyev
Milli Məclisin sədrinin müavini