Modern.az

Əfqanıstanda partlayış: Ölənlər var

Əfqanıstanda partlayış: Ölənlər var

Aktual

3 Oktyabr 2021, 17:34

Əfqanıstanın paytaxtı Kabildə İdgah məscidinin yaxınlığında törədilən güclü partlayış zamanı azı 8 dinc sakin həlak olub.

 

Modern.az-ın xəbərinə görə, bu barədə "Al Jazeera" telekanalı xəbər verib.

 

Qeyd edilir ki, partlayış nəticəsində həmçinin 20 nəfər xəsarət alıb.

 

Partlayış məsciddə "Taliban" hərəkatının nümayəndəsi Zabihullah Mücahidin anası ilə vida mərasimi zamanı törədilib.

 

Hadisədən sonra Kabildə ən böyük məscidlərdən birinin ərazisində "Taliban" və İŞİD-in bir qolu olan Xorasandakı İslam Dövləti yaraqlıları arasında atışma olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi