Modern.az

Cəbrayıllılar öz yurdlarına dönməyi səbirsizliklə gözləyirlər

Cəbrayıllılar öz yurdlarına dönməyi səbirsizliklə gözləyirlər

Aktual

3 Oktyabr 2021, 14:00

4 oktyabr 2020-ci il Azərbaycan tarixinə yazılacaq daha bir şanlı gündür. Bu tarixdə müzəffər Ali Baş Komandan, güclü siyasətçi, müdrik və qətiyyətli dövlət başçımız cənab İlham Əliyevin başçılığı ilə yenilməz Azərbaycan Ordusu 27 il erməni işğalında olan Cəbrayıl rayonunu işğaldan azad etdi. Bu münasibətlə bütün xalqımızı , xüsusən cəbrayillıları təbrik edirəm. 1993 cü il avqustun 23- nə qədər cəbrayıllılar Azərbaycan əsgərləri ilə birlikdə öz ata yurdları uğrunda mərdliklə vuruşdular, 362 şəhid verdi, 191 nəfər əlil oldu, 6 nəfər cəbrayıllı Milli Qəhrəman adına layiq görüldü.

 

Məcburi köçkün düşən cəbrayıllılar respublikamızın 58 rayonunda qaçqın düşərgələrində, yataqxanalarda, yük vaqonlarında məskunlaşdılar. Ulu öndər Heydər Əliyev, sonradan isə prezident cənab İlham Əliyev digər rayonlardan məcburi köçkün düşmüş həmyerlilərimiz kimi cəbrayıllıları da hər şəraiti olan mənzillərdə, evlərdə yerləşdirdi. Bütün bu acılara, əzab-əziyyətlərə baxmayaraq cəbrayıllılar sınmadı. Hər birimiz kimi cəbrayıllılar da inanırdılar ki, prezident cənab İlham Əliyev işğal altında olan torpaqlarımızı işğaldan azad edəcək.

 

Bu gün işğaldan azad edilmiş bütün torpaqlarımızda sürətli şəkildə quruculuq və bərpa işləri aparılır. Cəbrayıl rayonu da yenidən qurulur və bərpa edilir. Yaxın vaxtlarda Cəbrayıl rayonu ən gözəl və abad diyarlarımızdan birinə çevriləcək və öz sakinlərinə qucaq açacaq. Cəbrayıllılar da bu günü səbirsizliklə gözləyirlər. Bəli, cəbrayıllılar öz yurd yerlərinə dönüb, torpağı yenidən əkib becərəcəklər.

 

Onlar bundan sonra gözəl günlər rifah həyat yaşayacaqlar.
Işğaldan azad edilmiş digər şəhər və kəndlərimizin dirçəldilməsi Azərbaycan iqtisadiyyatına da böyük töhfə verəcək. Azərbaycan həm siyası, həm də iqtisadi cəhətdən daha da güclənəcək.

 

Kamilə Əliyeva 

Milli Məclisin deputatı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı