Modern.az

Saakaşviliyə azadlıq tələbi ilə aksiyalar keçiriləcək

Saakaşviliyə azadlıq tələbi ilə aksiyalar keçiriləcək

Aktual

4 Oktyabr 2021, 09:18

Gürcüstanın Rustavi şəhərində keçmiş prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi ilə aksiya keçiriləcək.

 

Modern.az xəbər verir  ki, bu  barədə  Gürcüstan KİV-ləri məlumat yayıb. 

 

Məlumata görə, aksiya bu gün saat 15:00-da siyasətçinin saxlanıldığı cəzaçəkmə müəssisəsinin qarşısında “Mişaya azadlıq!” şüarı ilə keçiriləcək. Eyni tələblə saat 18:00-a başqa aksiya da planlaşdırılıb. Təşkilatçı “Gürcüstan naminə” hərəkatın fəallarıdır.

 

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki 12 saylı penitensiar müəssisəyə yerləşdirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı