Modern.az

Zakir Həsənov Gürcüstana getdi

Zakir Həsənov Gürcüstana getdi

Aktual

4 Oktyabr 2021, 09:52

Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstana yola düşüb.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, general-polkovnik Z.Həsənov Gürcüstanın Kaxeti bölgəsində keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə Müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.

 

Görüşlərdə ölkələr arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...