Bir müddət əvvəl "Azadinfo.az" saytının rəhbəri Mahir Xəttab Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı.
Mahir Xəttabın vəkili Mehman Murdalı Modern.az-a deyib ki, təqsirləndirilən şəxsin istintaqının bu ay yekunlaşıb məhkməyə göndəriləcəyi gözlənilir:
“İstintaq hərəkətləri davam etdirilir. Hazırda vəziyyəti yaxşıdır, lazımi şərait yaradılıb. Bu ayın sonunadək işlər yekunlaşdırılıb məhkəməyə göndəriləcək”.
Qeyd edək ki, Mahir Xəttab YAP-ın Binəqədi rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun şikayəti üzrə istintaqa cəlb olunmuşdu.
O, intim videosu yayılan Ramiz Göyüşovdan hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilib.
Humay İsgəndərova