Modern.az

Qrip olmağından şübhələnənlər koronavirus testi verməlidirlər - Həkim

Qrip olmağından şübhələnənlər koronavirus testi verməlidirlər - Həkim

Aktual

4 Oktyabr 2021, 11:15

“Koronavirusla mövsümi qripin oxşar cəhətləri olsa da, onları bir-birindən ayıran fərqli cəhətləri də var. Boğaz ağrısı, burundan seliyin çox axması, asqırma əlamətləri qripə xas olan əlamətlərdir. Mövsümi qripin çox yayıldığı payız aylarında olmağımıza baxmayaraq, epidemioloji vəziyyəti nəzərə alıb xəstəliyin diaqnozunu dəqiqləşdirmək üçün koronavirusdan test verməliyik”.

 

Bu sözləri Modern.az-a Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva mövsümi qrip barədə danışarkən deyib.

 

Onun sözlərinə görə, hər yüksək hərarəti olan şəxsin koronavirusa yoluxması fikiri yalnışdır. Sadəcə, diaqnozu dəqiqləşdirmək üçün koronavirus testindən keçməlidirlər:

 

“Hazırda payız aylarını yaşıyırıq. Bu mövsümə xas olan respirator virus infeksiyaları var. Pandemiyadan öncə də biz hər il eyni mövsümdə respirator virus infeksiyalarının artımını müşahidə etmişik. Eyni zamanda, virusun içərisində qrip xəstəliyi də qeydə alınırdı.

 

İkinci ildir ki, biz pandemiyanı yaşıyırıq. Əgər hansısa insan xəstələnib və yüksək hərarəti varsa, pandemiya dövründə olduğumuz üçün mütləq şəkildə koronavirusdan test verməlidir.

 

Bununla yanaşı, qripi də, mövsümə xas olan digər respirator virus infeksiyalarını da unutmaq olmaz. Amma epidemioloji vəziyyəti nəzərə alaraq, xəstəliyin diaqnozunu dəqiqləşdirmək üçün koronavirusdan test verməliyik.

 

Qeyd edə bilərəm ki, keçən il payız aylarında ölkədə respirator virus infeksiyaları o qədər də çox qeydə alınmadı. Bunun səbəbi o idi ki, pandemiya dövründə əməl etdiyimiz gigiyenik qaydalar mövsümi qripdən qorunmada da öz rolunu müəyyən qədər oynadı”.


Fidan İlqar

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı