Modern.az

Ağdaşda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ

Ağdaşda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ

Aktual

4 Oktyabr 2021, 12:05

Ağdaş rayonunda yol qəzası olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, oktyabrın 2-si saat 21 radələrində rayonun Orta Ləki kəndi ərazisində Yuxarı Ləki kənd sakini Nazim Feyzullayev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə piyada, həmkəndlisi Mahir Məmmədovu vurub. Nəticədə M.Məmmədov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

 

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...