Modern.az

İstanbuldakı məktəbdə şəhidlərimiz anılıb

İstanbuldakı məktəbdə şəhidlərimiz anılıb

Aktual

4 Oktyabr 2021, 12:48

İstanbul şəhərində fəaliyyət göstərən Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik Dərnəyinin nəzdindəki Hüseyn Cavid adına məktəbin müəllim və şagirdləri 27 sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçiriblər.

 

Modern.az xəbər verir ki, anım mərasimi zamanı müəllim-şagird heyəti ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və müharibə qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra şagirdlərə ötən il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi, Ermənistanın təcavüzkar və işğalçı siyasəti nəticəsində cəbhə xəttindən kənar şəhərlərdə həlak olan uşaqlar barədə ətraflı məlumat verilib. Qardaş Türkiyənin ölkəmizə göstərdiyi siyasi-mənəvi dəstək nəzərə çatdırılıb.

 

Tədbir şagirdlərin Azərbaycana və qəhrəman şəhidlərə həsr olunan şeirləri səsləndirmələri ilə yekunlaşıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı