Modern.az

AFFA cərimələndi

AFFA cərimələndi

Aktual

1 Noyabr 2021, 21:24

FIFA-nın İntizam Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasını (AFFA) cərimələyib.

 

Modern.az xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytında məlumat yayılıb.

 

2022-ci il dünya çempionatının seçmə oyunu zamanı Azərbaycan-Portuqaliya matçında təhlükəsizlik qaydalarının pozulması AFFA-nın cərimələnməsinə səbəb olub.

 

AFFA 5 000 İsveçrə frankı məbləğində cərimələnib.

 

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçirilən oyunun sonlarına yaxın 4 nəfər azarkeş meydana girərək, Portuqaliya yığmasının yarımmüdafiəçisi Brunu Fernandeşlə şəkil çəkdiriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...