Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçəkin rəhbərliyi ilə nümayəndə heyəti Bakıya səfərə gəlib.
APA-nın məlumatına görə, C. Çiçəki və xanımı Gültən Çiçəki Azərbaycan Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov qarşılayıb.
Səfərin məqsədi Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin iclasında iştirak etməkdir.
TBMM sədri, həmçinin Bakıda bir sıra yüksək səviyyəli görüşlərə də qatılacaq.
Modern.az