Modern.az

Gəncədə aksiya - FOTO

Gəncədə aksiya - FOTO

Aktual

29 Noyabr 2012, 16:01

Bu gün Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional Ofisi Gəncə şəhər İcra Hakimiyyətinin texniki dəstəyi ilə “Gəncəmizi yaşıllaşdıraq” aksiyasına start verdi.

Gənclərin ekoloji təşəbbüslərinin artırılmasına kömək edilməsini və mövcud yaşıllıqların qorunmasında onların rolunun artırılmasını nəzərdə tutan aksiyada 100-ə yaxın gənc iştirak edib. Yeni Gəncə qəsəbəsində yerləşən Heydər Əliyev parkında keçirilən yaşıllaşdırma aksiyasında gənclərlə yanaşı, Gəncə şəhər İcra Hakimiyyətinin rəsmisi Nizami Hacıyev və digər dövlət qurumlarının rəhbərləri iştirak edib.

Mərkəzin Gəncə Regional Ofisinin rəhbəri Natella Əhmədovanın verdiyi məlumata görə xeyli sayda ağacın əkildiyi ərazi bundan sonra Mərkəz üzvlərinin daimi nəzarətində olacaq. Belə ki, orada əkilmiş və gələcəkdə sayı artırılacaq ağaclara qulluq edilməsi və müvafiq iməclik işləri Mərkəz tərəfindən həyata keçiriləcək.

  Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı