Modern.az

Ötən gün 50 nəfər TUTULUB

Ötən gün 50 nəfər TUTULUB

Aktual

27 Noyabr 2021, 10:04

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 52 cinayətin üstü “isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 73 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23 fakt müəyyən edilib.

Rəsmi məlumata görə, cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir