Modern.az

Metroda qatarlar gecikdi - Sıxlıq yarandı 

Metroda qatarlar gecikdi - Sıxlıq yarandı 

Aktual

30 Noyabr 2021, 09:12

Səhər saatlarından etibarən Bakı metrosunda qatarların hərəkətində problem yaşanıb.

 

Modern.az xəbər verir ki, problem səbəbindən qatarların intervalında gecikmələr müşahidə edilib. 

 

Buna görə də stansiyalarda sərnişin sıxlığı yaranıb. 

 

“Bakı Metropoliteni” QSC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Oxu.az-a açıqlamasında bildirib ki, ehtiyat qatarların dalana verilməsi intervalın yaranmasına səbəb olub.

 

“Ehtiyat qatarlar metronun “Memar Əcəmi” və “Neftçilər” stansiyasında dalana verildiyi üçün onların hərəkətində interval yaranır. Bu əməliyyat əsasən səhər saatlarında baş verir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir