Modern.az

ABŞ və Britaniya səfirləri Ağdama gediblər

ABŞ və Britaniya səfirləri Ağdama gediblər

Aktual

1 Dekabr 2021, 15:10

Bu gün ABŞ səfiri Li Litzenberqer və Böyük Britaniya səfiri Ceyms Şarp Ağdama birgə səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter”də bildirib.

 

“Bu gün ABŞ və Böyük Britaniya səfirləri ilə birlikdə Ağdama ortaq ziyarət təşkil etdik. Səfər çərçivəsində qonaqlara dağıdılan yerlər göstərildi və şəhərin gələcək quruculuq işləri barədə məlumat verildi”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir