Modern.az

Fəlakət qurbanlarının sayı artdı

Fəlakət qurbanlarının sayı artdı

Aktual

12 Dekabr 2021, 09:43

ABŞ-ın bir neçə ştatında tüğyan edən qasırğalar azı 84 nəfərin həyatına son qoyub.

 

Modern.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

 

Ən çox insan tələfatı - 70 nəfər təbii fəlakətdən əziyyət çəkən Kentukki ştatında qeydə alınıb.

 

 

Eyni zamanda, qubernator Endi Beşir bildirib ki, qurbanların sayı 100 nəfərə çata bilər. Arkanzas və Tennessi ştatlarında səlahiyyətlilər bu ştatların hər birində 3 ölüm qeydə alıblar.

 

İllinoys ştatında təbii fəlakət 2 yerli sakinin, Missuridə isə 84 yaşlı qadının həyatına son qoyub. Ən böyük zərər 10 min nəfər əhalisi olan kiçik Meyfild şəhərinə dəyib, burada xüsusilə şam fabrikinin damı uçub, polis bölməsi və yanğınsöndürmə məntəqəsi dağılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV