Modern.az

Gorus-Qafan yolundan toplanan rüsum: 2 milyona yaxın...

Gorus-Qafan yolundan toplanan rüsum: 2 milyona yaxın...

Aktual

12 Dekabr 2021, 12:34

“Gorus-Qafan sərhəd-keçid məntəqəsindən Azərbaycan ərazisinə daxilolmalardan iki milyon manata yaxın rüsum toplanıb.

 

 

Modern.az xəbər verir ki, bunu DGK-nın sədri Səfər Mehdiyev deyib.

 

 

“İki aya yaxındır Gorus-Qafan yolunda DGK-nın müvafiq postu yaradılıb. Digər sərhəd-keçid məntəqələrində yüngül və ağırtonnajlı nəqliyyat vasitələri və insanlar hansı rüsumlara tabe tutulursa, həmin istiqamətdən də Azərbaycan ərazisinə daxil olan xarici avtonəqliyyat vasitələri və vətəndaşlar o şəkildə qeydiyyatdan keçir və gömrük rüsumlarını ödəyərək ölkə ərazisinə daxil olurlar" - deyə o bildirib.

 

 

Qarşı tərəfin bənzər addım atacağı ilə bağlı məlumatlara gəlincə qurum rəhbəri bilidirib ki, bu, Azərbaycan ərazisidir:

 

 

“Bizim nəqliyyat vasitələrimiz qarşı tərəfə daxil olsa, bənzər addımın atılıb-atılmayacağı onların işidir”. (Trend)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar