Modern.az

Horadiz-Ağbənd dəmir yolu 2023-cü ildə AÇILACAQ

Horadiz-Ağbənd dəmir yolu 2023-cü ildə AÇILACAQ

Aktual

12 Dekabr 2021, 14:58

“Horadiz-Ağbənd dəmiryolu xəttinin 2023-cü ildə istifadəyə verilməsi planlaşdırılır”.

 

Modern.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.

 

Dəmir yolu xəttinin tikintisinin 2022-ci ilin sonuna kimi yekunlaşdırılmasının planlaşdırıldığını vurğulayan C.Qurbanov bildirib:

 

 

“Xətt 11 kilometr uzadılıb. Artıq 40 kilometrlik torpaq yatağı hazırdır. Yaxın vaxtlarda yolun üst qatını düzməyə başlayacağıq. Tunel və körpü işləri də gedir. Paralel olaraq minalardan təmizlənmə işləri də aparılır. Bu ilin sonuna qədər yəqin ki, 50 kilometrlik iş yekunlaşacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı