Modern.az

Milli Məclisdə boş qalan yerlər - Neçə dairədə seçki olacaq?

Milli Məclisdə boş qalan yerlər - Neçə dairədə seçki olacaq?

Aktual

12 Dekabr 2021, 15:04

Hazırda Azərbaycan Milli Məclisi 120 deputatla fəaliyyət göstərir.

 

 

Modern.az-ın məlumatına görə, parlamentdə 5 deputat yeri boş olduğundan 125 seçki dairəsindən 120-si təmsil olunur.

 

 

Belə ki, 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərindən sonra Mərkəzi Seçki Komissiyası (MSK) nöqsanlar aşkarlanan 4 seçki dairəsinin nəticələrini ləğv edib.

 

Bu dairələr
33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələridir.

 

 

Ötən il avqustun 4-də Fəttah Heydərov vəfat etdiyinə görə, 116 saylı Qəbələ seçki dairəsinin də Milli Məclisdə təmsilçisi yoxdur.

 

 

Beləliklə, parlamentdə boş qalan deputat yerlərinin sayı 5-ə çatıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV