Modern.az

Çingiz Aytmatovun doğum günüdür

Çingiz Aytmatovun doğum günüdür

Aktual

12 Dekabr 2021, 17:18

Bu gün görkəmli yazıçı – təkcə qırğız ədəbiyyatının deyil, ümumilikdə türk ədəbiyyatının iftixarı olan Çingiz Aytmatovun doğum günüdür.

 

Modern.az Mədiaturk TV-yə istinadən xəbər verir ki, Çingiz Torekuloviç Aytmatov 1928-ci ildə Qırğızstanın Cambul vilayətinin Şəkər kəndində anadan olub.

 

 

1948-1953-cü illərində Aytmatov Bişkəkdəki Kənd Təsərrüfatı universitetində , Moskvadakı Ali ədəbiyyat kursunda oxuyub. Kursu bitirdiyi ildə "Oktyabr" jurnalında onun qırğız dilindəki "Üz-üzə" hekayəsinin rus dilinə tərcüməsi dərc olunub. Həmin il "Yeni dünya" jurnalında Aytmatovun bir sıra hekayələri və yazıçıya dünya söhrəti qazandırmış "Cəmilə" povesti işıq üzü görüb. 1990-1994 illərində Aytmatov SSRİ-nin və sonradan Rusiyanın Benilüks ölkələrindəki səfiri vəzifəsində çalışıb. 2008-ci ilin martınadək Qırğızıstanın Fransada, Belçika,Lüksemburq və Niderlanddakı səfiri olub.

 

 

Ç. Aytmatov SSRİ Ali Sovetinin deputatı, Qırğızıstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Yazıçılar İttifaqının və Kinematoqrafçılar İttifaqının katibliyinin üzvü və bir sıra digər yüksək vəzifələrdə işləyib.

 

 

Sosialist Əməyi Qəhrəmanı adına, Lenin mükafatı, SSRİ dövlət mükafatı adlarına layiq görülüb, Qırğızıstanın Xalq yazıçısı fəxri adını daşıyıb.
“Gün var əsrə bərabər”, “Əlvida, Gülsarı!”, “Cəmilə”,” Dağlar düşəndə” və digər məşhur əsərlərin müəllifidir.

 

Çingiz Aytmatov 2008-ci il iyunun10-da Almaniyanın Nürnberq şəhərində müalicə olunduğu klinikada vəfat edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı