Modern.az

"Formula 1"in çempionu məlum oldu

Aktual

12 Dekabr 2021, 19:16

"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen ilk dəfə "Formula 1"in çempionu olub.

 

Modern.az xəbər verir ki, Əbu-Dabi Qran Prisində əsas rəqibi "Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemiltonu qabaqlayan M.Ferstappen mövsümdə ən çox xalı toplayaraq çempionluğa nail olub.

 

Yarışdan öncə hər iki pilotun eyni sayda xalı olub.

 

Qeyd edək ki, Maks Ferstappen "Formula 1"də 2015-ci ildən çıxış edir. Çempionluğa qədər onun ən böyük nailiyyəti 2019 və 2020-ci illərdə üçüncü yeri tutumaq olub. Lyuis Hemilton isə 2008, 2014, 2015, 2017, 2018, 2019, 2020-ci illərdə çempion olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar