Modern.az

"Omicron" aşkarlanan ölkələrin sayı 63-ə çatdı

Aktual

12 Dekabr 2021, 20:34

Koronavirusun (COVİD-19) Afrikada ortaya çıxan yeni "omicron" ştammının aşkarlandığı ölkələrin sayı 63-ə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

 

Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştammına "omicron" adı verilib. Bildirilib ki, sözügedən ştammda çox sayda mutasiyalar mövcuddur və digər ştammlardan daha yoluxucu olması ilə bağlı şübhələr var.

 

Ehtiyat tədbiri olaraq, bir sıra ölkələr Cənubi Afrika Respublikası və Afrikanın cənubundakı digər dövlətlər üçün sərhədlərini bağlayıb.

 

Təşkilat bildirib ki, “Omicron" ştaı yoluxuculuq baxımından "Delta"nı üstələyir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı