Modern.az

Oğuzda ağır qəza - Yaralılar var

Oğuzda ağır qəza - Yaralılar var

Aktual

12 Dekabr 2021, 22:22

Oğuzda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Sincan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, hərəkətdə olan "Kia" və VAZ-2106" markalı avtomobillər toqquşub. Zərbənin gücündən "VAZ-2106" yoldan çıxaraq dərəyə aşıb. Qəza nəticəsində 2 nəfər müxtəlif xəsarətlər alıb, avtomobillər yararsız hala düşüb.

 

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı