Modern.az

AYB üzvlərinin üzvlük borcları SİLİNİB

AYB üzvlərinin üzvlük borcları SİLİNİB

Aktual

12 Dekabr 2021, 22:38

Azərbaycan Yazıçılar Birliyi katibliyinin növbəti iclası keçirilib.

 

Modern.az-ın məlumatına görə, birliyin katibi və qəbul komissiyasının sədri Səlim Babullaoğlu APA-ya açıqlamasında bildirib ki, iclasda üzvlük haqqı məsələsinə baxılıb və qərara alınıb ki, AYB üzvlərinin 2019-cu ilin sonunadək olan üzvlük borcları silinsin.

 

"Yeni qərara əsasən, 2020 və 2021-ci illərə görə üzvlük haqqının ödənilməsi üçün 30 yanvar 2022-ci il tarixinə qədər vaxt veriləcək. Üzrlü səbəb olmadan bu müddətə qədər üzvlük haqqı ödəməyən AYB üzvlərinin təşkilatda qalmaqları məsələsinə baxılacaq", deyə S.Babullaoğlu bildirib.

 

Qeyd edək ki, AYİB-ə üzvlük haqqı illik 15 manatdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı