ABŞ-da koronavirusdan ölənlərin sayı 800 mini keçib.
Modern.az xəbər verir ki, ölkədə tətbiq edilən geniş vaksinasiya tədbirlərinə baxmayaraq, koronavirusun daha yoluxucu "Delta" ştamı və insanların COVID-19-a qarşı peyvənd olunmaqdan imtina etməsi səbəbindən bu il virusdan ölənlərin sayı 2020-ci ilin göstəricisinə nisbətən daha çoxdur.
İlin əvvəlindən bəri ABŞ-da 450,000-dən çox insan COVID-19-a yoluxduqdan sonra ölüb. Bu pandemiya başlayandan ABŞ-da xəstəlikdən ölənlərin 57%-ni təşkil edir.
Mütəxəssislər qeyd edirlər ki, bu il ölüm halları əsasən peyvənd olunmamış xəstələr arasında olub.