Modern.az

Qazaxda bir ailənin bütün üzvləri qidadan ZƏHƏRLƏNDİ

Qazaxda bir ailənin bütün üzvləri qidadan ZƏHƏRLƏNDİ

Aktual

13 Dekabr 2021, 07:50

Qazax rayonunda qidadan zəhərləndiyi ehtimal edilənlərin şəxsiyyəti məlum olub.

 

Modern.az xəbər verir ki, xəstəxanaya yerləşdirilənlər bir ailənin üzvləridir. Onlar S.Nəsibova (1984-cü il təvəllüdlü), Ş.Ələkbərova (1988-ci il təvəllüdlü), X.Qoruçlu (2014-cü il təvəllüdlü), N.Qoruçlu (2017-ci il təvəllüdlü), L.Qoruçlu (yaş yarım) və 8 aylıq körpə (oğlan) C.Qoruçludur.

 

Zərərçəkənlərin hamsına həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyətləri sabitdir.

 

Qeyd edək ki, onlarla birlikdə 1956-cı il təvəllüdlü S.Mustafayeva da xəstəxanaya aparılıb. Ona isə ambulator yardım göstərilib.

 

İlkin ehtimala görə, ailə üzvləri ev şəraitində hazırlanmış pomidor turşusundan zəhərləniblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!