Nazirlər Kabineti xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə qərarına əsasən bu gündən etibarən Azərbaycanda hamamların fəaliyyətinə icazə verilir.
Modern.az xəbər verir ki, hamam xidmətləri göstərən obyektlərin fəaliyyəti də bərpa edilir.
Hamam xidmətləri göstərən obyektlərin xidmətlərindən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, yalnız COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmuş və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olan yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər istifadə edə bilər.