Modern.az

Prezident koronavirusa YOLUXDU

Prezident koronavirusa YOLUXDU

Aktual

13 Dekabr 2021, 08:44

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti, 69 yaşlı Siril Ramafosa COVID-19-a yoluxub və özünü təcrid edib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkə başçısının dəftərxanası tviterdə məlumat yayıb.

 

Məlumata görə, o, səlahiyyətlərini müvəqqəti olaraq Vitse-prezident Devid Mabuzeyə təhvil verib.

 

"Prezident Siril Ramafosa, bazar günü virus infeksiyası üçün müsbət test etdikdən sonra yüngül COVID-19 simptomlarına qarşı müalicə alır", - Prezidentin dəftərxanasının tviterdə yayılan bəyanatında deyilir.

 

Qeyd olunur ki, Prezident Keyptaunda keçirilən tədbirə qatıldıqdan sonra özünü pis hiss edib. O indi yaxşı əhval-ruhiyyədədir və CAR-ın Müdafiə Qüvvələrinin hərbi tibb xidmətinin mütəxəssislərinin nəzarəti altındadır.

 

“Tam peyvənd olunmuş Prezident Keyptaunda özünü təcrid edib və gələn həftə (bu həftə-red) üçün bütün səlahiyyətləri Vitse-prezident David Mabuzeyə verib”, - deyə məlumatda bildirilir.

 

Daha əvvəl Qərbi Afrika turundan qayıdan Ramafosa bir neçə dəfə COVID-19 testindən keçib. Onu müşayiət edən nümayəndə heyətinin üzvlərinin testlərinin nəticələri mənfi olub.

 

Prezident ölkə sakinlərini peyvənd edilməyə və ayıq-sayıq olmağa çağırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı