Modern.az

21 ov tüvəngi müsadirə edildi

21 ov tüvəngi müsadirə edildi

Aktual

13 Dekabr 2021, 09:43

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.  

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 11-də və 12-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 21 ədəd ov tüfəngi götürülüb.   

 

Polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan müxtəlif markalı 4 ədəd ov tüfəngi könüllü olaraq rayon polis şöbələrinə təhvil verilib.

 

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyayla Ukrayna RAZILAŞDI - Atəşkəs elan edildi - Xəbəriniz Var?