Modern.az

Deputat Salyanda Heydər Əliyevin abidəsini ziyarət edib

Deputat Salyanda Heydər Əliyevin abidəsini ziyarət edib

Aktual

13 Dekabr 2021, 09:58

Milli Məclisin deputatı Jalə Əhmədova Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Salyan rayonunda olub.

 

Modern.az xəbər verir ki, bu barədə deputat J.Əhmədova özünün facebook hesabında məlumat verib.

 

“Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov, rayonun hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, ziyalılar və rayon ictimaiyyətinin iştirakı ilə keçirilən anım mərasimində Salyan şəhərinin mərkəzindəki Heydər Əliyev parkında ucaldılmış Ümummilli Liderin  abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyduq. Milyonların qəlbində əbədi olaraq yaşayan o Böyük Şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad etdik.

 

Dünya miqyaslı ictimai-siyasi xadim, müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevə Allahdan rəhmət diləyir, sonsuz hörmət və ehtiramımı ifadə edirəm”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı