Modern.az

Azərbaycan - İsveçrə əlaqələri inkişaf edir - SƏFİR

Azərbaycan - İsveçrə əlaqələri inkişaf edir - SƏFİR

Aktual

13 Dekabr 2021, 11:10

“Azərbaycanla İsveçrə arasında əlaqələr çox yaxşıdır və hər istiqamətdə inkişaf edir”.

 

Modern.az xəbər verir ki, bunu İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyre Əməkdaşlıq Təşkilatının Bakı Ofisinin rəhbəri Alberto Hernandesin mətbuatı konfransında deyib.

 

Səfir qeyd edib ki, gələn il iki ölkə arasında əlaqələrin 30 illiyini keçiriləcək:

 

“Prezidentlər arasında son görüş 2020-ci ilin yanvarda keçirilib. İqtisadi əməkdaşlığımız sürətlə inkişaf edir. İdxal və ixrac səviyyəsi yüksək səviyyədədir. Birgə komissiya fəaliyyət göstərir. İnvestisiyalara gəldikdə isə hər iki ölkədə bu, müəyyən səviyyədədir. Əsas da İsveçrənin Azərbaycanda qeyri-neft sahələrində investisiyaları var.

 

İsveçrə hökümətinin təqdim etdiyi təqaüdlər var. Azərbaycanda bundan istifadə edən tələbələr var. Eyni zamanda turist sahəsində də yaxşı əlaqələrimiz var. Hər iki ölkədən turistlər səyahət edir”.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı