Modern.az

"Bayraktar" Qırğızıstanda - VİDEO

Aktual

18 Dekabr 2021, 18:59

Qırğızıstanın Türkiyədən aldığı "Bayraktar TB2" zərbə tipli pilotsuz uçuş aparatları xidməti fəaliyyətə başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Ölkə Prezidenti Sadir Çaparov Qırğızıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətində fəaliyyətə başlayan "Bayraktar TB2"lərə baxış keçirib. 

 

Qırğızıstana məxsus dronlar Cəlal-Abad hava limanında yerləşdirilib.

 

Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyevin paylaşdığı məlumata görə, Qırğızıstan 300 milyon Qırğızıstan somu (33,4 milyon dollar) dəyərində hərbi texnika, o cümlədən dronlar alıb.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı