Malayziyanın bir sıra bölgələrində güclü daşqınlar səbəbindən 11 mindən çox sakin təxliyə olunub.
Modern.az "Rreuters"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri İsmayıl Sabri Yaquba istinadən məlumat yayıb.
Bildirilib ki, bu son 40 ilin ən güclü daşqınlarıdır.
Baş nazir söyləyib ki, bir çox insanlar öz evlərində qalaraq heç yerə çıxa bilmirlər, bəziləri isə səkkiz saatdır avtobuslardadır:
“Yanğından Mühafizə və Xilasetmə Xidməti Departamentinə dərhal onlara kömək etməyi əmr etdim. Ümumilikdə 11384 nəfər təxliyə edilib. 4500 ailə zərər çəkib”.