Dekabrın ortalarına kimi Tacikistanda yaşlı əhalinin 3 milyon 86 min 686 nəfəri COVID-19 əleyhinə peyvənd olunub ki, bu da əhalinin 58,1 faizi deməkdir.
Modern.az Tacikistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, peyvəndin ikinci dozası 2 milyon 755 min adama vurulub.
Bildirilir ki, indiyədək COVAX proqramı çərçivəsində ölkəyə humanitar yardım kimi 6 milyon doza peyvənd gətirilib.
Tacikistanda “CoronaVac”, “AstraZеneca”, “Pfizer”, “Moderna” və “Sputnik V” peyvəndlərindən istifadə edilir.