İngiltərənin paytaxtı Londonda koronavirus məhdudiyyətlərinə qarşı etirazlar zamanı nümayişçilərlə polis arasında qarşıdurma olub.
Modern.az xəbər verir ki, qarşıdurma zamanı bir neçə polis əməkdaşı yaralanıb.
Hüquq-mühafizə orqanlarından hadisəni təsdiqləyiblər. Bildirilib ki, paytaxtın mərkəzində - Regent küçəsində bir neçə min insan Britaniya hakimiyyətinin "omikron" ştamının artamsı səbəbindən tətbiq etdiyi məhdudiyyətlərə etiraz ediblər.
Qeyd olunub ki, nümayişlər zamanı mühafizəçilərlə etirazçılar arasında toqquşma olub.Lakin hazırda həbslər barədə məlumat verilməyib.