Modern.az

Kim Çen İnın bacısı Siyasi Büroda...

Kim Çen İnın bacısı Siyasi Büroda...

Aktual

19 Dekabr 2021, 12:08

Şimali Koreya diktatoru Kim Çen Inın bacısı Kim Yo Çjon belə görünür ki, daha yuxarı vəzifəyə təyin olunub.

 

Modern.az-ın məlumata görə, Cənubi Koreya KİV-ləri bildirir ki, Şimali Koreyanın əsasını qoyan və indiki rəhbərin babası Kim Çen İrin ölümünün ildönümünə həsr edilmiş rəsmi məlumatlarda Kim Yo Çjonun adı Əmək Partiyasının Siyasi Bürosunun 8 üzvünün sırasında çəkilib.

 

Koreya Mərkəzi Teleqraf Agentliyinin məlumatlarında habelə Kim Çen Inın bacısının adının bu sırada çəkilməsi onun Siyasi Büro üzvü olduğuna dəlalət edə bilər. Ən azından o büro üzvlüyünə namizəddir.

 

 

 Əslində Kim Yo Çjon 2017-ci ildən Siyasi Büronun üzvü olub, amma 2021-ci ilin yanvarında onun adı büro üzvlərinin yenilənmiş siyahısında yer almamışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı