Modern.az

Bakı da İrəvanda xüsusi nümayəndəyə ehtiyac duyacaqmı? - Yeni reallıq...

Bakı da İrəvanda xüsusi nümayəndəyə ehtiyac duyacaqmı? - Yeni reallıq...

Aktual

19 Dekabr 2021, 13:22

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması addımları çərçivəsində xüsusi nümayəndələr təyin ediləcək.
Xüsusi nümayəndələr iki ölkə arasında birbaşa dialoqu təşkil edəcək.

 


Bəs Azərbaycan və Türkiyə arasında xüsusi nümayəndələr təyin oluna bilərmi?

 


Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Modern.az -a açıqlamasında bildirib ki, bizdə danışıqlar o qədər də aktiv səviyyədə getmir:

 

 


“Düşünmək lazımdır ki, hansı sahədə fəaliyyət göstərə bilərlər. Növbəti mərhələlərdə bu baş verə bilər, amma hələlik boşluq görsənmir.Sərhədlərin delimitasiya və demarkasiya məsələsində proses başlasa, dövlət komissiya yaradacaq.

 

Bu, beynəlxalq təcrübədir və Azərbaycan bundan istifadə edəcək. Kommunikasiya məsələsi isə baş nazirlərin müavini səviyyəsində həll olunur. Digər mövzular isə dövlət başçıları səviyyəsində qərarlaşdırılır, ona görə də xüsusi nümayəndə üçün mən yer görmürəm.
Türkiyə və Ermənistan arasındakı münasibətlərə gəldikdə isə deyə bilərik ki, onlar da nə vaxtsa düzəlməli idi. İndi hesab edirəm ki, artıq Azərbaycan və Türkiyə öz gücünü nümayiş etdiriblər. İndi onlar çalışırlar ki, qalan məsələləri siyasi yolla həll eləsinlər. Təbii ki, güc faktoru əsasdır və erməni tərəfi bunu yaddan çıxarmır.

 

 

Hiss olunur ki, Ermənistanla münasibətləri normallaşdırmaq üçün Türkiyə tərəfindən də buna istək var”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı