Modern.az

Ombudsmandan faktaraşdırıcı MİSSİYA

Ombudsmandan faktaraşdırıcı MİSSİYA

Aktual

19 Dekabr 2021, 14:28

Ombudsman Səbinə Əliyeva işğaldan azad olunmuş Füzuli rayonundakı qəbiristanlıqların işğal dövründə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılması ilə bağlı faktaraşdırıcı missiya həyata keçirir.

 


Ombudsman Aparatından Modern.az-a verilən məlumata görə, Ermənistan hərbi-siyasi rəhbərliyinin göstərişi ilə ölkəmizə qarşı ağır artilleriya qurğularından, qadağan olunmuş silahlardan istifadə edilməsi nəticəsində, eləcə də birbaşa qəsdlə Füzuli rayonunda da bütün mülki obyektlər, yaşayış məntəqələri, tarixi-mədəni, dini abidələr, hətta soydaşlarımızın dəfn olunduğu qəbiristanlıqlar da amansızcasına dağıdılıb.

 

 


Faktaraşdırıcı səfər çərçivəsində Füzuli şəhəri və rayonun Qaraxanbəyli, Dədəli, Kürdlər kənd qəbiristanlıqlarının vəziyyəti ilə bağlı monitorinq aparılıb. Yerində araşdırmaların nəticələrinə dair hesabat hazırlanaraq, beynəlxalq və regional təşkilatlara göndəriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı