Modern.az

480 min insan təxliyə edildi

480 min insan təxliyə edildi

Aktual

19 Dekabr 2021, 15:26

Dekabrın 17-də Filippin ərazisindən keçərək güclü dağıntılara və daşqınlara səbəb olan tufan nəticəsində 480 min nəfər təxliyə edilib.

 


Modern.az ölkənin Milli Fövqəladə Hallar Agentliyinə istinadla xəbər verir ki, cümə günü ölkənin ikinci böyük şəhəri olan Sebuya çatan “Ray” tufanı 99 nəfərin həyatını itirməsinə səbəb olub.

 


Hərbçilərin Siarqao adasından yaydığı aeroçəkilişlərdə dağıntının geniş əraziləri əhatə etdiyi aydın görünür. Təqribən 3700 evin dağıldığı və ya su altında qaldığı bildirilir.

 


Xilasedicilərin yaydığı məlumata görə, dağılmış evlərin və həyatını itirənlərin sayının artacağı gözlənilir. Belə ki, uzaq adalar da daxil olmaqla təqribən 20 bələdiyyə hələ də xilasetmə orqanları ilə əlaqə yarada bilməyib.
Hökumət uzaq adalardakı vətəndaşları xilas etmək üçün oraya təyyarələr göndərməyi planlaşdırır.

 

 

Bu adalarda əhalinin çoxunun evlərin damlarına çıxaraq xilas gözlədiyi bildirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı