Modern.az

Füzulidə park və muzeylərin layihəsini İtaliya şirkəti hazırlayacaq

Füzulidə park və muzeylərin layihəsini İtaliya şirkəti hazırlayacaq

Aktual

19 Dekabr 2021, 17:20

İtaliyanın "C Group" şirkətinin əməkdaşları Füzulidə olublar.

 

 

Modern.az xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Tvitter hesabında paylaşım edib.

 

 

O bildirib ki, nümayəndələr Füzulidə yerləşəcək olan Zəfər muzeyi, İşğal muzeyi, Memorial park və Bayraq meydanının layihələndirilməsi məqsədilə müvafiq obyektlərin yerləşəcəyi yerlərə baxış keçiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...