Modern.az

Messinin rekordu təzələndi

Messinin rekordu təzələndi

Aktual

19 Dekabr 2021, 17:46

Serbiyalı hücumçusu Duşan Tadiç bir təqvim ilində qol ötürmələrinin sayına görə argentinalı həmkarı Lionel Messinin müəyyən etdiyi rekordu yeniləyib.

 

Modern.az xəbər verir ki, “Ayaks”da çıxış edən futbolçu Niderland çempionatının 16-cı turunun “AZ Alkmaar” ilə oyunda (2:1) 2021-ci il ərzindəki 37-ci məhsuldar ötürməsini edib.

 

Bununla da, 33 yaşlı serb Messinin rekordunu qırıb.

 

Qeyd edək ki, sonuncu bu nailiyyəti 2011-ci ildə “Barselona”da çıxış edərkən il ərzində 36 məhsuldar ötürmə etməklə müəyyənləşdirmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı