Kiyevin Sofiya meydanında ölkənin əsas yolkasının işıqları yandırılıb.
Modern.az xəbər verir ki, şəhər sakinləri və qonaqlarının iştirakı ilə keçirilən tədbirdə Kiyev meri Vitali Kliçko çıxış edərək 2021-ci ilin heç də asan il olmadığını bildirib.
“Əminəm ki, birlikdə Kiyevi daha gözəl və həyat üçün daha cəlbedici edəcəyik”,- deyə mer söyləyib.
Yeni il şənliklərinin təşkilatçıları qeyd ediblər ki, Ukraynanın əsas yolkası Avropada ən böyük yolkalardan biridir. Yeni il ağacının özü 20 mindən çox oyuncaq - qırmızı və qızılı oyuncaqlarla bəzədilib və ağacın üstündə böyük günbəz şəklində çələnglər parıldayır.
Əsas yolkanın hündürlüyü 31 metrdir.
Yanvarın 16-dək yolka ərazisində Yeni il və Milad yarmarkası açıq olacaq.
Dekabrın 16-dan Kiyevdə artıq 14 Yeni il məkanı fəaliyyət göstərir.