Modern.az

İƏT-dən Əfqanıstan üçün “humanitar etimad fondu”

İƏT-dən Əfqanıstan üçün “humanitar etimad fondu”

Aktual

19 Dekabr 2021, 23:26

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 17-ci Fövqəladə İclasında Əfqanıstana humanitar yardımın istiqamətləndirilməsi məqsədilə İslam İnkişaf Bankının strukturunda “humanitar etimad fondu”nun yaradılması qərara alınıb.

 

Modern.az xəbər verir ki, iclasda "humanitar vəziyyətlə bağlı Birgə Qərar” və “İslamabad Bəyannaməsi” yekdilliklə qəbul edilib.

 

Qərarda İslam İnkişaf Bankından  gələn ilin birinci rübünədək sözügedən yardım fondunun yaradılması tələb edilib.

 

Beynəlxalq ictimaiyyəti, o cümlədən İƏT-ə üzv dövlətləri Əfqanıstana humanitar yardım göstərməyə çağıran qətnamədə Əfqanıstanın maliyyə resurslarına çıxışının çöküşün qarşısının alınmasında və iqtisadi fəaliyyətin canlanmasında mühüm əhəmiyyət kəsb edəcəyi, real yolların tapılmasının vacibliyi vurğulanıb. 

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı