Modern.az

Serbiya enerji böhranından Azərbaycanın sayəsində ÇIXIB

Serbiya enerji böhranından Azərbaycanın sayəsində ÇIXIB

Aktual

19 Dekabr 2021, 23:42

Avropada enerji ilə bağlı vəziyyət pisləşir və qitənin böyük bir hissəsində "tam xaos" yaranır.

 

Modern.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç "Kostolats" İES-ə baxış keçirən zaman deyib.

 

"Hazırda Serbiyada 500 ev təsərrüfatından başqa hamının elektrik enerjisi var. Hamını elektrik enerjisi ilə təmin edə bilmişik, şəbəkə stabildir. Bir az sakitləşə bilərik, baxmayaraq ki, Avropanın əhəmiyyətli bir hissəsində tam xaos yaranmağa başlayır, bunu hər yerdə, bütün birjalarda, hər qiymətdə görmək olar", - deyə Serbiya Prezidenti bildirib.

 

Onun sözlərinə görə, Serbiyada enerji böhranı Azərbaycandan və İrandan alınan mazut sayəsində aradan qaldırılıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı