Modern.az

Avtomobil işıq dirəyinə çırpıldı - Ölən var

Avtomobil işıq dirəyinə çırpıldı - Ölən var

Aktual

20 Dekabr 2021, 08:42

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lənkəran şəhəri, Kərgəlan kəndində "Mercedes" markalı minik avtomobilinin yol kənarındakı işıq dirəyinə çırpılması barədə məlumat daxil olub.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü 2000-ci il təvəllüdlü Rzayev Qadir Qəhrəman oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı