Modern.az

Şənbə-bazar toylara görə  25 nəfər cərimələndi

Şənbə-bazar toylara görə  25 nəfər cərimələndi

Aktual

20 Dekabr 2021, 10:37

Dekabrın 18-19-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 1 076 toy şənliyinin monitorinqini həyata keçirib.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, monitorinq 1 054 şadlıq sarayında, 22 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

 

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 25 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 355 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı