"200 mindən çox əhalisi olan Bərdə rayonunda və onun mərkəzi olan Bərdə şəhərində kanalizasiya sisteminin olmaması narazılıqlara səbəb olur".
Modern.az xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında deputat Fatma Yıldırım bildirib.
"Yaşayış binalarının çirkab suları yeraltı quyulara doldurulur. Bu kimi hallar yoluxucu xəstəliyin yayılmasına zəmin yaradır. İnsan sağlamlığına mənfi təsir göstərən belə halların tezliklə aradan qaldırılması olduqca önəmlidir. Bərdə şəhərində də kanalizasiya sisteminin yaradılması ilə əlaqədar ötən il “Azərsu”ya rəsmi şəkildə müraciət etmişəm. Bir daha hökumətdən xahiş edirəm ki, icra olunacaq layihələr çərçivəsində Bərdə şəhəri də nəzərə alınsın”.