Modern.az

İran xarici işlər naziri Azərbaycana gəlir

İran xarici işlər naziri Azərbaycana gəlir

Aktual

20 Dekabr 2021, 12:25

Bu həftə sonu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana səfər edəcək.

 

Modern.az-ın məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat brifinqində deyib.

 

S.Xətibzadənin sözlərinə görə, səfər Azərbaycan xarici işlər nazirinin dəvəti əsasında baş tutacaq:

 

“İranlı nazirin səfəri çərçivəsində ikitərəfli münasibətlər, ticarət münasibətlərinin inkişaf etdirilməsi istiqamətində danışıqlar aparılacaq”, - deyə o bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı