"Məktəblilər üçün iş dəstələrinin əldə edilməsi ilə bağlı narahatlıq qısa müddətli oldu. Bunu həmin vaxt da müşahidə etdik".
Modern.az xəbər verir ki, bunu Azərbaycan Təhsil İnstitutunun direktoru Rüfət Əzizov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, məsələ ondan ibarət idi ki, iş dəftərlərinin poçt idarələrində satılmasını istəyirdik:
"Çünki bugünkü gündə poçt şəbəkəsi ən çox satış məntəqələrinə malik olan qurumdur. Tək Bakı şəhərində 131 poçt məntəqəsi var. Pandemiya şətaiti nəzarə alınaraq bu satışı müxtəlif şəbəkələrdə təşkil etmək istədik. Hər bir poçt idarəsinin ətrafında olan məktəblərin sayı və orada təhsil alan ibtidai sinif şagirdlərin sayını hesablanaraq müəyyən planlama etdik. Lakin müşahidə göstərtdi ki, bu sahədə müəyyən çərçivələr var ki insanlar iş dəftərlərini poçt məntəqələrində yox daha çox başqa yerlərdə axtarırlar. Gələcəkdə bununla bağlı əlaqələri daha da artırmalıyıq. İş dəftərləri ilə bağlı problem təxminən bir həftə sonra öz həllini tapdı".