Modern.az

Paşinyan Soçi və Brüsseldən sonra regionda sülhün mümkünlüyünü görür

Paşinyan Soçi və Brüsseldən sonra regionda sülhün mümkünlüyünü görür

Aktual

20 Dekabr 2021, 14:17

Ermənistan hökumətinin başçısı Nikol Paşinyan bildirib ki, regionda sülh dövrü həm imkanlarla, həm də xüsusi xidmət orqanlarının hazır olmalı olduğu bir çox risklərlə doludur.


Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevlə Soçi və Brüsseldə keçirdiyi görüşlərdən sonra “sülh gündəmi”ni irəli aparmaq üçün fürsət görür.

Modern.az xəbər verir ki, Paşinyan bunu bazar ertəsi Ermənistan Milli Təhlükəsizlik Xidmətində keçirilən iclasda deyib.

Paşinyanın sözlərinə görə, Ermənistan və region üçün sülh erası ilə bağlı yeni mühit formalaşır.

"İstənilən halda, Ermənistan hökuməti tərəqqi üçün əlindən gələni edəcək. Amma bu şəraitdə Milli Təhlükəsizlik Xidməti sayıqlığını ikiqat artırmalı, fəaliyyətini səmərələşdirməlidir. Bunu birlikdə həll etməyə çalışmalıyıq", - Paşinyan deyib.

Baş nazirin sözlərinə görə, hökumət Milli Təhlükəsizlik Xidmətini səmərəli işləməsi üçün bütün lazımi imkanlarla təmin etməlidir. O, etiraf edib ki, uzun illər Ermənistanın xüsusi xidmət orqanları kifayət qədər texniki və sistemli təchizat olmadan fəaliyyət göstərib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı